
"Bilesuvarinfo" xəbər verir ki, rayonun Xırmandalı kəndi ərazisində traktorla qazıntı işi aparılarkən daşıyıcı qaz xətt zədələnib.
Nəticədə, ilkin məlumata görə, Biləsuvar şəhərində olan 3 min abonent və Zəhmətabad, Bəydili, Xırmandalı, Əliabad kəndlərinin əksər hissəsi qazsız qalıb.
Məlumata görə, qaz verilişinin sabaha bərpa olunması gözlənilir.