- 16 dekabr, 12:25
- 800 dəfə oxunub
- 0
"Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm ölkənin gücləndirilməsinə əbədi töhvə verən amildir"
Hər il olduğu kimi, müəllimlərin Beynəlxalq Müəllimlər Günü ərəfəsində ölkə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə fəxri ad və medallara layiq görülməsi onlara sevinc dolu anlar yaşadıb.
“Bilesuvarinfo” xəbər verir ki, “Əməkdar müəllim” fəxri adına layiq görülənlərdən biri Biləsuvar təhsilinin yetirmələrindən Ədibəi Şahgəldiyevadır. O, fəaliyyətimdə özümü daha da inkişaf etdirib, bu adı şərəflə daşımağa çalışacağam – deyib: “Bu adı almaq çox qürurverici bir hissdir. Bu ad mənim timsalımda öz müəllimlik peşəsini sevə - sevə yerinə yetirən hər bir müəllimin zəhmətinə verilən qiymətdir.
Azərbaycan təhsilinin inkişafına yüksək səviyyədə göstərilən diqqət və qayğı ölkəmizin gələcəyi hesab olunan gənc nəslin savadlı, dünya görüşlü bir şəxsiyyət kimi formalaşmasında böyük imkanlar yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elm, təhsillə bağlı dediyi gözəl sözləri yada salmaq yerinə düşər: “Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm, əbədi, hər bir ölkənin gücləndirilməsinə töhvə verən amildir. Öz peşəsinin vurğunu olan hər kəsə bu sevinci yaşamasını arzulayıram. Məni belə bir ada layiq gördüyü üçün möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm ”.
Qeyd edək ki, Ədibə müəllimə (Şahgəldiyeva Ədibə Səfər qızı) 20 noyabr 1971 – ci ildə Biləsuvar rayonunda anadan olub. 1988 - ci ildə Biləsuvar rayon N.Gəncəvi adına 1№ li orta məktəbi bitirdikdən sonra, Azərbaycan Pedaqoji İnstitutunun indiki (N.Tusi adına ADPU – nin) “Tarix və dövlət hüququ” fakültəsinə qəbul olmuş və 1993 - cü ildə univeristeti “Tarix” ixtisası üzrə müvəffəqiyyətlə başa vurub.
O, 1993 – 1996 - cı illərdə Biləsuvar rayon 6 № li tam orta məktəbdə tarix müəllimi kimi çalışıb. Ömrünün 30 ilini uğurlu pedaqoji fəaliyyəti ilə gənc nəslin yüksək savad almasına həsr edib, yüzlərlə yetirməsi onun gərgin səyləri sayəsində təhsildə parlaq uğurlara imza atıb. 1997- ci ildən, hal – hazırki günə qədər Bakı şəhəri “Ankara məktəbi” məktəb liseydə müəllim kimi fəaliyyətini davam etdirir.
Ədibə müəllimə bütün pedoqoji pedoqoji fəaliyyətində qabaqcıllardan olub. 2014 - 2015 – ci tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir. 2016 – cı ildə “Tərəqqi” medalı, 2017 – ci ildə isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.