Biləsuvar Rayon İcra Hakimiyyəti mükafata layiq görüldü

“Bilesuvarinfo” xəbər verir ki, layihənin rüblük nəticələrinə görə Biləsuvar Rayon İcra Hakimiyyəti də daxil olmaqla 14 dövlət qurumu vətəndaşların müraciətlərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllinə görə “Ən fəal dövlət orqanı” mükafatına layiq görülüb.
Tədbirdə dövlət qurumlarının, QHT-lərin və mətbuatın iştirakı ilə keçirilən dəyirmi masada 2022-ci ilin sentyabr - noyabr ayları ərzində platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, E-Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində icra edilən layihə çərçivəsində həyata keçirilir.




Müzakirə edin
Həmçinin oxuyun:

31 mart 2022, Cümə axşamı
31 mart tarixi yaddaşımızdan silinməyən azərbaycanlıların soyqırımı günüdür
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.