- 22 noyabr, 21:57
- 494 dəfə oxunub
- 0
“Yağışda Təcili yardım küçəmizə girə bilmir”
Səbirsizliklə bir gün bizim yolumuzun da asfalt örtüyü ilə təmin olunacağını gözləyirik.
“Bilesuvarinfo”ya bu haqda rayonun ən böyük yaşayış məntəqələrindən olan Xırmandalı kəndinin M. Məmmədov küçəsinin bir qrup küçə sakini məlumat verib.
Onların sözlərinə görə, bu küçədə təxminən 50-dən artıq ev var: "Küçəmizin hər iki çıxışı asfalta gedib birləşir. Digər yaxın küçələrə bu yaxında asfalt çəkilərkən, bizim küçənin yolu yaddan çıxdı. Yağış yağandan sonra piyadalar palçığa görə, maşınlar isə çala çuxura görə bu yola girə bilmirlər. Şagirdlər vaxtında gedib dərslərinə çata bilmir. Təcili yardım belə bu küçəyə gəlmir. Xahiş edirik ki, bu işə baxan qurumlardan bizim küçəyə də asfalt çəkilsin.”
Sakinlərin yol problemi ilə bağlı Xırmandalı Bələdiyyəsindən “Bilesuvarinfo”ya bildirildi ki, yaxın zamanda sözügedən küçəyə qum-çınqıl tökülməsi, yolun rahatlığı planlaşdırılır. Lakin asfaltın qoyulması hələlik imkanlar xaricindədir"