Biləsuvar Peşə Liseyində Zəfər gününə həsr olunmuş silsilə tədbirlərin sonuncu bayram tədbiri keçirilib.
"Bilesuvarinfo" xəbər verir ki, tədbir vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun yad edilməsi və dövlət himni ilə başlanıldı. Açılış sözü ilə tədbiri liseyin direktoru Əliheydər müəllim açaraq ll Qarabağ müharibəsində Ali Baş Komandamızın ətrafında birləşən xalqımızın, ordumuzun gücündən, liseyin vətən uğrunda canlarından keçmiş 2 şəhidi Kərimov Səməd və Şəbiyəv Xəyal haqqında tədbir iştirakçılarına məlumat verdi.
Daha sonra Liseyin hərbi rəhbəri ehtiyatda olan mayor Mayis müəllim , Liseyin psixoloqu ehtiyatda olan baş leytenant vətən müharibəsi iştirakçısı İqbal müəllim çıxış edərək ordumuz və onun keçdiyi döyüş yolu haqda məlumat verdilər.
Tədbir şagirdlərin hazırladıqları bayram əhval-ruhiyyəli musiqi, rəqs və tarix müəllimi Rəşad müəllimin şəhidlik zirvəsinə doğru gedən həyatının qısa səhnəciyi ilə davam etdi.
Sonda vətən müharibəsində iştirak edən pedaqoji işçilər İqbal müəllim və Nicat müəllim lisey rəhbərliyi tərəfindən Fəxri Fərmanla, 8 Noyabr zəfər gününə həsr olunmuş tələbələr arasında qol güləşi, atıcılıq və rəsm müsabiqəsinin qalibləri diplomlarla təltif edildilər.
Tədbirin təşkilində ev sahibliyinə görə Biləsuvar şəhər 4 saylı tam orta məktəbin rəhbərliyinə təşəkkür bildirildi.