- 1 noyabr, 18:16
- 503 dəfə oxunub
- 0
Zəhmətkeşlərin peşə bayramı qeyd olunub
“Bilesuvarinfo” xəbər verir ki, öncə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Biləsuvar DAİM-nin əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə gül - çiçək dəstələri düzüb.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində peşə bayramına həsr olunan flaşmob nümayiş etdirilib.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov mərkəzin əməkdaşları ilə görüşüb, onların iş fəaliyyətilə tanış olub. Zəhmətkeşləri peşə bayramı münasibətilə təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar diləyib.
Tədbirdə Biləsuvar DAİM-in direktoru Nurəddin Quliyev bildirib ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu aqrar siyasət bu sahədə çalışan zəhmətkeşləri əhatəli dövlət qayğısı ilə təminatına imkan verir. N.Quluyev onu da qeyd etmişdir ki, Prezidentin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il 1 noyabr tarixinin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması dövlətin fermerlərə göstərdiyi diqqətin təzahürüdür. Dövlətin bu sahəyə göstərdiyi qayğıdan ruhlanan biləsuvarlı fermerlər kənd təsərrüfatı məhsullarının istehsalında nəzərəçarpacaq uğurlara nail olmuşlar.
Sonda kənd təsərüffatında fərqlənən bir qrup kənd təsərrüfatı işçisinə fəxri fərmanlar təqdim olunmuşdur.