- 3 avqust, 11:07
- 962 dəfə oxunub
- 0
75 yaşlı məzar daşı... Və yaxud 17 yaşlı Sürəyanın ölüm hekayəsi
"Bilesuvarinfo" olaraq, ötən gün 2014-cü ilin avqust səhidlərini ziyarət edərkən, rayonun Nərimankənd qəbristanlığında rastlaşdığımız bu 75 yaşlı məzar daşının 17 yaşlı Sürəyasından yan keçə bilmədik. Mərhum xanımı xatırlamaqda məqsəd, onun acı taleyi ilə bərabər, günümüzə qədər davam edən qürur dolu Vətən sevgisi, tarixlərə çevrilən həyat hekayəsidir.
Qəlbinə sığmayan böyük arzuların əhatəsində xoşbəxt gələcək quran bu qızcığazı sən demə nağıllar ağuşuna alıb çox uzaqlara aparacaqmış. Sürəyanın baş daşına zillənmiş diqqətimizi görən onun yaxın qohumlarından olan Nəsimi adlı orta yaşlı kişi danışmağa başlayır: "Asfaltın o üzündəki daş körpü bu gün də şahiddir Surəyanın gənc ölümünə. Nənə və babalarımız onun haqqında çox danışıb. Pambıq tarlasında işləyərkən, 2-ci dünya müharibəsinə getdikdən sonra uzun illər itgin hesab edilən qardaşının kəndlərinə dönməsi xəbərini qəfil eşidib. İllərdir yoxluğu qəlbində közə çevrilən qardaş sevdası ilə yaşayan bu xəbər onu dayanmadan, 7 km məsafəni kəndəcən qaçırdıb. Susuzluqdan bu daş körpüdə dayanıb kanalın suyundan içir. Həmin an, təsadüfən yaxınlıqda olan, birinci katib sankı bilirmiş kimi deyir: "O qızın ürəyi partlayacaq"...
... Sürəya evlərinə özünü yetirir, 10 yaşındaykən müharibəyə yola saldığı, heç bir xəbəri alınmayan, müharibədə ölməsi də deyilən qardaşına sarılır... Ancaq nə qədər acı sonluq olsa belə - Sürayənin qardaş sevgisindən ürəyi partlayır.. .
Qeyd edək ki, Muradova Sürəya Teymur qızı 1930-cu il təvəllüdlü olub. Qardaşı Hidayəti ikinci Cahan savaşında 1939-cu ildə müharibəyə aparıblar. Hidayət Mehbullayev Vətən müharibəsində iştirak edib, 1947 - cı ildə evinə geri dönüb.. .
Qələmə aldı: Surxay Şahbazov