
“Bilesuvarinfo” xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov sayt və qəzet rəhbərləri və müxbirlər iştirak edib.

Azərbaycan mətbuatınının 147 illik keçdiyi inkişaf yolundan, cəmiyyətdə əvəzsiz rolundan danışan başçı Faiq Qürbətov tədbirdə iştirak edən mətbu orqanların nümayəndələrinə Biləsuvar rayonunun ictimai-siyasi, sosial-iqtisadi, kənd təsərüfatı, elmi, təhsili, mədəniyyətinin, ölkədə baş verən proseslərdə biləsuvarlıların rolunun mətbuatda mütəmadi işıqlandırdıqları üçün minnətdarlığını bildirdi. Ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini qeyd edib.
Təbbirdə çıxış edən jurnalisltlər peşə bayramları münasibətilə onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürünü bildirdilər.
Daha sonra rayon rəhbərliyi tərəfəndən tədbir iştirakçılarına hədiyyələr təqdim olundu. Milli Mətbuat Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.



