» » Həmyerlimiz Respublika Klinik Xəstəxanasının şöbə müdiri oldu - FOTO


Həmyerlimiz Respublika Klinik Xəstəxanasının şöbə müdiri oldu - FOTO

Respublika Klinik Xəstəxanasının Ümumi şöbəsinə yeni müdir təyin olunub.

"Bilesuvarinfo"
xəbər verir ki, bu vəzifəyə Ramil Məmmədli təyin olunub. 

Qeyd edək ki, Məmmədli  Ramil  Şamil  oğlu  7  aprel 1982–ci  ildə Biləsuvar rayonunda anadan olub. 

O, 2000-2004 - cü illərdə H. Əliyev  adına Azərbaycan  Ali  Hərbi  Məktəbində təhsil alıb. Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyasının "İnzibati  İdarəetmə"  fakültəsində də təhsil alaraq, Menecment  ixtisasına yiyələnib.

Ramil Məmmədli əmək fəaliyyətinə  Silahlı Qüvvələrdə başlayıb. 2005-2009-cu illərdə zabit kimi müxtəlif  vəzifələrdə  çalışıb. Daha sonra, Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış üzrə  Dövlət  Xidmətinin Biləsuvar  rayon şöbəsində, Azərbaycanın  Milli  Qəhrəmanı  Mübariz  İbrahimov adına  Biləsuvar lisey-məktəb  təhsil kompleksində, Lənkəran İstək Liseyində və Biləsuvar şəhər  texniki  fənnlər  təmayüllü  məktəbində müvafiq vəzifələrdə çalışıb. Həmçinin Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsində şöbə müdüri olub. Bu vəzifəyə qədər isə Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ümumi şöbəsinin müdiri işləyib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Biləsuvar DAİM-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib