» » Ağsaqqal sözü - Foto, Vİdeo


Ağsaqqal sözü - Foto, Vİdeo

Natiq Bəhrəmovla təsadüfü görüşümüz bizdə xoş təəsürat yaratdı. Çoxlarının yaxından tanığı, ömrünün 84 - ci baharını yaşayan Natiq əmini hər kəs idmançı kimi tanıyır. Axı, niyə də olmasın, o, ömrünün düz 50 ilini sarəsər rayonun idmanına, gəncliyinə həsr etməyib. Nə də idmanda çalışıb, özü idmandan uzaqda olanlardan olmayıb. Ağırlıq qaldırma idmanında bütün yaş dövürlərində hünər göstərib.

Onunla görüşmüz yaşadığı küçədə, iş başında idi. Evinin qarşısında ağacları budayır, digər səlqə - səhman işlərinə vaxt ayırırdı. Çalışırdı ki, sevincinə səbəb olan, küçələrində görülən abadlıq işlərində payı olsun. Deyir ki, piyda səkisinin yenidən əsaslı tikilməsi uzun müddətdən bəri hər kəsin arzusu idi. Sağ olsun, bu yeniliyi düşünən, bu işdə çalışan hər kəs, məktəblilər, yaşlı nəsil nümayəndələri təhlükəsiz, rahat səkidə hərəkət edə biləcək.
Natiq Bəhrəmovun yaşının ahıl yaşında çoxlarına nümunə olacaq bir ömür yaşayır. Gənclərə nümunə bir ömrü bu gün də qürurla yaşayır. Bizimlə söhbətdə deyir ki, gənclərimiz mövcud şəraiti düzgün dəyərləndirib, düz yolda getməyi bacarmalıdır. O, rayon gənclərinə müraciət edərək onları zərərli vərdişlərdən uzaq olmağa çağırdı. İdmanın kütləviliyinə nail omaqda öz tövsiyələrini ifadə etdi:
VİDEO

“BİLESUVARİNFO”
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan