Çaylı kəndinin məktəblisi finala vəsiqə qazandı

“Bilesuvarinfo” xəbər verir ki, Naqif Nəbiyev adına 2 - ci Fizika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan şagirdlərə diplom və hədiyyələr təqdim olunub. Müsabiqədə fərqələniklərinə görə mükafata layiq görülən məktəblilər arasında Biləsuvar rayon Çaylı kənd tam məktəbin IX sinif şagirdi Astanlı Rahidə Əfqan qızı da var.
Qeyd edək ki, sözügedən müsabiqə ölkə üzrə 2000 - dən artıq şagirdi arasında keçirilib. Yarımfinal mərhələsini uğurla keçən Rahidə Astanlı final mərəhələsinə ölkə üzrə vəsiqə qazanan 35 şagird arasında doqquzuncudur. Bu münasibətlə Çaylı kənd məktəbin fizika müəllimi Tural Abbaszadə fəxri fərmanla təltif olunub.
Şagirdimizə uğurlar arzulayırıq!



Müzakirə edin
Həmçinin oxuyun:

23 iyun 2022, Cümə axşamı
Şirvan-Salyan Regional Təhsil İdarəsi 36 məktəb üzrə direktor vəzifəsinə işə qəbul elan edib - SİYAHI
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.