» » Sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirildi - FOTO - VİDEO


Sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirildi - FOTO - VİDEO


Biləsuvar rayonunda sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Anım Gününə və Vətən müharibəsi şəhidi İsayev Rahət Rafət oğlunun xatirəsinə həsr olunmuş idman yarışında Cəlilabad, Beyləqan, Masallı, Ağcabədi, Bakı-Zenit, Salyan, Xocavənd və Biləsuvar komandalarından ümumilikdə 100 nəfərə yaxın idmançı güclərini sınayıb.

“Bilesuvarinfo” xəbər verir ki, turnirin açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Azər Cəfərli və icra aparatının şöbə müdiri Zamiq Mənsimli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov, şəhid valideyinləri və idmançılar iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısının müavini Azər Cəfərli, Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, turnir həsr olunan şəhidin atası Rafət İsayev çıxış edərək idmancı gənclərə uğurlar arzulayıb.

Qeyd olunmuşdur ki, Vətən müharibəsində Biləsuvar rayonundan yüzlərlə gənc könüllü olaraq əlinə silah alıb 30-ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə rəşadətlər göstərib. Onların arasında hamımızın yaxşı tanıdığı sərbəst güləş üzrə çempion Rahət Rafət oğlu İsayev Vətən yolunda döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bugün keçirilən yarış Rahət İsayevin timsalında bütün şəhidlərimizə həsr olunur.

Sonra yarışa start verilib, gənc pəhləvanların gərgin mübarizə şəraitində keçən turnirdə qaliblər məlum olub. Mükafatlandırma mərasimində qalib idmançılara Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim edilib.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi İsayev Rahət Rafət oğlu - 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. O, 2020-ci il noyabrın 6 - da Xocavənd döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə Rahət İsayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR