» » İncəsənət festival - müsabiqəsinin qalibi olan şagirdlər kimlərdir?


İncəsənət festival - müsabiqəsinin qalibi olan şagirdlər kimlərdir?

“Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin qalibləri elan olunub.

"Bilesuvarinfo" xəbər verir ki, Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə məktəblilər arasında keçirilən, “Şuşa ili”nə  həsr olunmuş müsabiqənin qalibləri  mükafatlandırılıb. Rayonlarda keçirilən mükafatlandırma tədbirlərində Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov iştirak edib.

Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən Biləsuvar 4 nömrəli tam  orta məktəbin şagirdi  Süleymanlı Şakir,1 nömrəli tam orta məktəbin şagirdi Abasov Nicat, Çaylı kənd orta məktəbin şagirdi Kərimova Cəmilə, Çaylı kənd orta məktəbin şagirdi Əmənova Nuray, 1 nömrəli ümumi  orta məktəbin şagirdi Gözəlova Elina,1 nömrəli tam orta məktəbin şagirdi Əliyev Məhəmmədəli, 1 nömrəli ümumi  orta məktəbin şagirdi Salmanova Səma, Nəsimi kənd tam orta məktəbin şagirdi Həbibli Sahib rəqs nominasiyası üzrə  qalib seçilmişdir.

Şagirdlərimizi, onların müvəffəqiyyətində əməyi olan müəllimlərini və valideynlərini təbrik edir, gələcəkdə uğurlar arzulayırıq! - deyə Şirvan - Salyan Regional Təhsil İdarəsindən bildirilmişdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR