» » Qəbul imtahanında ən yüksək nəticə göstərən 10 şagirddən biri Biləsuvardandır - FOTOLAR


Qəbul imtahanında ən yüksək nəticə göstərən 10 şagirddən biri Biləsuvardandır - FOTOLAR

Ölkədə I və IV ixtisas qrupları üzrə iyunun 4 və 5 tarixlərində  keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlər məlum olub. 

"Bilesuvarinfo"
Dövlət İmtahan Mərkəzinə istinadan, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər şagirdlə bağlı araşdırma aparıb. Belə ki, yüksək nəticə göstərən şagirlər -  Bakı şəhər 53, 111 və 258 saylı orta məktəblərinin, Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi), Kimya-Biologiya Təmayüllü Liseyin, Sumqayıt şəhər 13 saylı orta məktəbinin, Abşeron rayon Saray qəsəbəsi 1 saylı orta məktəbinin, Qəbələ şəhər 1 saylı orta məktəbinin, İsmayıllı şəhər 5 saylı orta məktəbinin və Biləsuvar şəhər internat orta məktəbinin məzunları olub.

Qeyd edək ki, Biləsuvar şəhər internat orta məktəbinin məzunu Rəhimli Aysel Sərvət qızıdır. O,  buraxılış imtahanında isə 274 bal toplaya bilib.

A. Rəhimlinin atası Sərvət Rəhimov keçmiş hərbçidir və hal-hazırda Biləsuvar şəhər internet məktəbində və Yuxarı Ağalı kənd orta məktəbində müəllim çalışır. Aysel Rəhimli mərhum jurnalist Əlibala Rəhimovun nəvəsidir. 

“Bilesuvarinfo” kollektivi olaraq parlaq uğuru münasibətilə Ayseli, müəllimlərini və valideynlərlərini  təbrik edirik!.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR