Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » İmtahanda ən yüksək nəticə göstərən şagirdimiz kimdir? - YENİLƏNİB


İmtahanda ən yüksək nəticə göstərən şagirdimiz kimdir? - YENİLƏNİB

19 may 2022, Cümə axşamı
2 035
0
Biləsuvar məktəblərinin buraxılış imtahanının nəticəsi açıqlanıb.

"Bilesuvarinfo” xəbər verir ki, 16 aprel tarixində keçirilmiş buraxılış imtahanda ən yüksək  nəticə Biləsuvar rayon 4 nömrəli tam orta məktəbin şagirdindən olub. Səfərli Ayişə Bəxtiyar qızı 264.6 bal toplayaraq rayon üzrə yüksək nəticəni göstərib. 

Qeyd edək ki, Ayişə Səfərli Biləsuvar şəhərinin sakinidir. Mərhum, rayonun tanınmış həkimlərindən olan İbrahim Səfərovun nəvəsidir..

****

Şirvan - Salyan Regional Təhsil İdarəsi tərəfindən növbəti açıqlamada Biləsuvar rayonunun ümumtəhsil məktəbləri üzrə 9 sinif şagirdlərinin buraxılış imtahanlarında ən çox nəticə göstərən şagird - Lamiyə Hacılının adı yer alıb.

Biləsuvar rayon  Ceyhun Məhərrəmov adına Xirmandalı  kənd  1 nömrəli tam orta məktəbin şagirdi Hacılı Lamiyə Firdovsi qızı - 268.5 bal toplayıb. 

Şagirdimiz L.Hacılı Xırmandalı kəndindəndir. Valideyinləri onun təhsil aldığı məktəbdə müəllim kimi çalışır.
Atası H.Firdovsi həmin məktəbdə tarix, anası Ş.Yaqut Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyət göstərir.

Lamiyə əlacı şagirddir, dəfələrlə fənn olimpiadalarında da yüksək nəticə göstərib.

mənbə: #ŞirvanSalyanRTİ #Təhsil #EduAze

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan