Çaylı kəndinin daha bir tankçı qəhrəmanı

Müharibənin davam etdiyi günlərdə Elməddinin (Babayev), Cahidin (Qəniyev), Amidin (Əliyev), Kamranın (Məmmədzadə), Elvinin (Kərimov), Sahilin (Məmişli) və Elnurun (Allahverdiyev) şəhadəti xəbərini aldılar. Qanlı döyüşlərdə düşmənə qan udduran neçə - neçə cəsur oğlunun qəhrəmanlıqlarından qürur keçirdik.

... Məğrur baxışlı, pəhləvan cüssəli daha bir həmyerlimizlə tanışlıq bu heyrətimi yenilədi. Onun da Vətən müharibəsində döyüşlərdə tankçı kimi döyüşdüyünü biləndən artıq düşünürəm ki, yəqin mühaharibədə bir tank bölüyü tamamilə çaylılardan ibarət imiş.
Kəndliləri - Cavid, Əkbər, Şamxal, Elvin, Anar, Elçin, Davud, Təbriz, Orxan və onlarla belə igid, qorxmaz oğullar kimi o da, qanlı döyüşlərin birində ağır yaralandıqdan sonra, ordudan təxris olub.
Müharibədən, ağır döyüş əməliyyatlarınıda iştirakından qürurla danışan Qafur Hüseynli Vətən müharibəsi başlayan ilk gündən Talışkənd, Suqovuşan istiqamətində düşmən mövqeylərini dağıdan tanklardan birinə komandirlik edib. İştirkçısı olduğu uğurlu döyüş əməliyyatlarında düşmənə çoxsaylı sarsıdıcı zərbələr vurub.

Qeyd edək ki, Qafur Hafiz oğlu Hüseynli 1995-ci ildə Çaylı kəndində anadan olub. Anasını uşaq yaşlarında itirib. Çaylı kənd tam orta məktəbini bitirib. Həqiqi hərbi xidmətini N saylı hərbi hissənin "top" bölüyündə manqa komandiri kimi başa vurub.

Vətən müharibəsində ağır yaralandıqdan sonra da o doğma torpaqlarda xidmətini davam etdirmək arzusu ilə yenidən müraciət etsə də, aldığı çoxsaylı travmalar buna imkan vermədi. Qəlbi Vətən eşqi ilə döyünən igidimiz hər an Ali Baş Komandanın müsəlləh əsgəri kimi döyüş əmrlərinə hazır olduğunu bildirir.
Surxay Şahbazov
Müzakirə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.