» » Dərvişli kəndində səyyar qəbul keçirilib - FOTO


Dərvişli kəndində səyyar qəbul keçirilib - FOTO


Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Dərvişli kənd sakinləri ilə səyyar qəbul keçirib.


"Bilesuvarinfo"
xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə aprel ayının 27-də Dəvrişli kəndində səyyar qəbul keçirib.

Qəbulda RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Faiq Qürbətov  əvvəlcə  ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Biləsuvar rayonunda görülən işlər barədə sakinlərə  məlumat verib.
İcra Başçısı bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.

Daha sonra sakinlərin  təklifləri və onları narahat edən problemlər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Rayon İcra Hakimiyyəti başçısının Dəvrişli kəndində keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan