Elməddin Əlizadə anılıb

"Bilesuvarinfo" xəbər verir ki, mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və partiya fəalları tərəfindən Vətən müharibəsində böyük rəşadətlər göstərərək şəhidlik zirvəsinə ucalmış Şəhid Əlizadə Elməddin Sübhi oğlunun anadan olmasının 26-cı il dönümü münasibətilə ailəsi ziyarət olunub.
Görüşdə şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb. Daha sonra kənd qəbirstanlıqında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Şəhid Əlizadə Elməddin Sübhi oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


Müzakirə edin
Həmçinin oxuyun:

30 avqust 2022, Çərşənbə axşamı
Vətən Müharibəsi Qəhrəmanı Nihad Babayevin doğum günündə xatirəsi anılıb
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.