» » Sabah Biləsuvarda 7 min abonentin qazla təchizatı müvəqqəti dayandırılacaq - Yenilənib


Sabah Biləsuvarda 7 min abonentin qazla təchizatı müvəqqəti dayandırılacaq - Yenilənib

Sabah Biləsuvar rayonunda 7 min abonentin qazla təchizatı müvəqqəti olaraq dayandırılacaqdır.

"Bilesuvarinfo"nun
məlumatına görə, "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsindən Biləsuvar Rayon İcra Hakimiyyətinə verilən məlumata əsasən 10 fevral 2023- cü il saat 10:00-dan başlayaraq  Biləsuvar  şəhərinin bir hissəsini və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərini əhatə etməklə, ümumilikdə 7000 abonenti təbii qazla təmin edən daşıyıcı qaz xəttinə qazın verilişi müvəqqəti olaraq dayandırılacaqdır.

Təbii qazın verilişinin məcburi dayandırılması rayonun bir hissəsini təmin edən daşıyıcı kəmərin Zəhmətabad kəndinin girişində, asfaltın altından keçən hissəsində  boru xəttinin korroziyaya uğraması nəticəsində yaranmış güclü qaz sızmasının aradan qaldırılması ilə əlaqədardır.

Təmir işlərinin 10 fevral tarixində günorta  radələrinə başa çatdırılması planlaşdırılır.
*****
17:30 - Biləsuvarda daşıyıcı qaz kəmərində yaranmış güclü qaz sızmasının aradan qaldırılarılması üçün səhər saatlarından apalan təmir-bərpa işləri başa çatdırılaraq, rayonunun bir hissəsini təbii qazın verilişi bərpa edilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR