Elmi - tədqiqat müəssisələrinin əməkdaşları Biləsuvarda olub » Yerli İnformasiya Agentliyi
» » Elmi - tədqiqat müəssisələrinin əməkdaşları Biləsuvarda olub

Elmi - tədqiqat müəssisələrinin əməkdaşları Biləsuvarda olub


Biləsuvar Rayon İcra Hakimiyyətinin Kənd Təsərrüfatı nazirliyinə müraciəti əsasında, elmi-tədqiqat müəssisələri mütəxəssislərindən təşkil edilən işçi qrup Biləsuvarda olub.

"BILESUVARINFO" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin və Biləsuvar DAİMİ-in dəstəyi ilə kecirilən görüşə biləsuvarlı fermerlər və rayonda fəaliyyət göstərən kənd təsərrrüfatı müəssisələrinin nümayəndələri dəvət olunub.Nazirliyin elmi-tədqiqat müəssisələri tərəfindən yaradılmış işçi qrup quraqlığa və şoranlığa davamlı, habelə qeyri ənənəvi bitki əkinlərinin genişləndirilməsi ilə bağlı fermerlərə tövsiyələr verib və məsləhətlərini bölüşüblər.

Görüşdə Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin  Quliyev  rayonun  torpaq-iqlim şəraitinə uyğun əkilə biləcək  qeyri ənənəvi bitkilər barədə məlumat verərəkən qeyd etmişdir ki, fermerlərlə görüşün məqsədi onların təsərrüfatlarında səmərəliliyə xidmət edəcək əkinlərin aparılmasına nail olmaqdıq: “ Bu gün qlobal su qıtlığının yaratdığı çətinliklər əkinçilkdə   səmərəli  metodların tədbiqini tələb edir.  Bunun üçün rayon rəhbərliyinin iştirakı ilə bir müddət öncə keçirilən tədbirdəfermerlərə dəstək məqsədilə rayonda qeyri-ənənəvi bitkilərin əkilməsi məsələsinin müzakirəsi zamanı real imkanlar müzakirə olunub. Müzakrənin davamı olaraq əkinçilik institutlarının mütəxəssiləri tədbirə dəvət olunaraq  bu istiaqamətdə  həyata keçirilə biləcəkləri imkanlarıfermerlərimizlə bölüşəcəklər. “

Kənd Təsərrüfatı Nazirliyinin  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Sevil Abbasquluyeva bildirdi ki, institut tərəfindən regionlarda davamlı olaraq susuzluğa davamlı, qeyri-ənəvi əkin növlərinin becərilməsi istiqamətində elmi araşdırmalar aparılır. Bu istqamətdə yerli fermerlərin müraciətlərini müzakirə edib  öz dəstəyimizi göstərməyə hazırıq: “ Bunun üçün öncə torpağın aqrokimyəvi analizləri aparılacaq. Təcrübə məqsədilə məhdud sahələrdə əkinlər aparılacaq. İlkin qənaətlərimizdən biri budur ki, Biləsuvar rayonunda şorəkət torpaqlarda susuzluğa davamlı sorqo, xaşa bitkilərinin becərilməsi məqsədəmüvafiqdir. Bu bitkilərin becərilməsi daha az xərc tələb etməklə daha çox məhsuldardır.”

Tədbidə Bitki Mühafizə və Texniki Bitiklər İnstitutunun əməkdaşları – Dilarə Marlamova, Səbuhi Eldarov, Tərəvəzçilik Elmi-Tədqiqat institunun əməkdaşı - Ələmdar Əskərov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Sevinc xanım çıxış edərək məsələ ilə bağlı öz münasibətlərini bildirib. Bildirilmişdir ki, əkinçilkdə tətbiq olunan innonativ yeniliklərlə yanaşı fermerlər tərəfindən qeyri ənənəvi bitkilərin əkilib becərilməsi məhsul bolluğuna gətirib çıxrarar, daha çox gəlir gətirər. Artıq respublikanın digər regionlarında da fermerlər bu istiqamətdə yeni təcrübələr əldə edib.

Tədbirdə yerli fermerlərin də fikirləri dinlənilib. Ətraflı müzakirələr şəklində baş tutan görüş maraqla qarşılanıb. Fermerlər quraqlığa və şoranlığa davamlı, qeryi ənənəvi yem bitkilərinin əkilməsinə maraq göstərib və bu istiqamətdə onların müraciətləri qeydə alınıb.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan