» » “Bütün imkanlarımızı səfərbər edib, bu işin davamlı görülməsinə nail oluruq”


“Bütün imkanlarımızı səfərbər edib, bu işin davamlı görülməsinə nail oluruq”

Bu gün qururla deyə bilirik ki, Azərbaycan nəinki Cənubi Qafqazda, artıq dünyada  öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətdir. 2003 - cü ildən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə davam etdirilən uğurlu dövlət siyasəti xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın vəzifələrin həyata keçirilməsinə gətirib. 

Hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkədə tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən çox asılıdır. Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsində yeni - yeni imkanlar yaranıb. Prezident qeyd etdiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaş durur: “Bu gün həyata keçirilən işlər, görülən tədbirlər və verilən qərarlar, əlbəttə ki, birbaşa olaraq, vətəndaşlarımızın rifahına xidmət edir. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar.. ."

Bəli, Azərbaycan vətəndaşlarının güzaranı dövlətin prioritetidir. Ötən illərdə  uğurlu siyasət Baki şəhəri ilə yanaşı bütün bölgələr də öz simasını dəyişib. O, cümlədən rayonumuzun ərazisində tikinti - quruculuq işləri uğurla davam etdirilir.  2022 - ci il ərzində Biləsuvar rayonun sosial - iqtisadi inkişafının sürətləndirilməsi, abadlığı sahəsində həyata keçirilən işlərin daha dəqiqliyi ilə davam etdirilmişdir.

Biləsuvarda quruculu və yenidənqurma işlərinin əhatəsinin günbə - gün artırılması  rayon sakinlərinin ürəyincə olub. Həyata keçirilən yeniliklərdən biri gecə saatlarında Biləsuvar şəhərinin işıqlandırılmasına xüsusi diqqətin ayrılmasıdır. Bu, özünü həm şəhərdaxili yollarda, həm də istirahət yerlərində göstərir. Əsas küçələrdə nasaz işıq dirəkləri əsaslı təmirdən sonra yenidən istismara verilib və bu istiqamətdə işlər davam etdirilir.

Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən kəndlərdə də yolların gecə işıqlandırması ilə bağlı irəli sürülən təşəbbüs rayonun kəndlərində reallaşdırılır. Belə məqamda cəmiyyətin tərkibini formalaşdıran müxtəlif təbəqələr, ayrı-ayrı fərdlərin inkişaf prosesində maraqlı tərəf kimi çıxış etməsi, bu prosesə özünəməxsus töhfələrinin davamlı xarakter alması da əhəmiyyətlidir. Kənd sakinləri arasında aparılan söhbətlərdə görüləcək işin əhəmiyyəti, onların bələdiyyəyə yaranmış vergi borclarının ödəməsi bu işləri görməyə şərait yaradacağı  diqqətlərinə çatdırılıb. Məhz bu nəcib təşəbbüsün,   Biləsuvar şəhərinə gecə saatlarında rastlaşılan  gözəl mənzərənin kəndimizdə də reallaşdırılmasına başladıq. Artıq kəndimzin küçələrinin işıqlandırılması istiqamətində bir müddətdən bəri davam etdirilən işlər öz müsbət nəticəsini verib. Bələdiyyənin və öz şəxsi imkanlarımızı səfərbər edib, bu işin davamlı aparılmasına nail olduq. Ümümilkdə 10 küçədə, 500 ədəd müsir işıqlanma lampasının quraşdırılmasına başlanılıb ki, artıq 5 kilometr məsafədə 200 - dən artıq küçə işıqlarınının yanması təmin edilib. Kəndin bütün küçələrində işıqlandırmanı təmin etməyi qarşımıza məqsəd qoymuşuq. Yol kənarlarında işıqlandırma sistemlərinin quraşdırılması xüsusilə gecə saatlarında piyadaların təhlükəsiz hərəkəti üçün əhəmiyyətli olub. 

Onu da qeyd edim ki, Əsgərabad Bələdiyyəsi kəndin mövcud digər ehtiyaclarının ödənilməsi istiqamətində öz fəaliyyətini artırmağa çalışır. Bu günlərdə, kənd qəbristanlığa gedən yola asfalt üzlük çəkilib, işıqlandırılması təmin edilib. Kəndin məscidində abadlıq və təmir işləri aparılıb. Gənclər üçün yeni  futbol meydançası salınıb. Kəndaxili yolların təmir – bərpası davamlı aparılır. Ötən il kənd amblatoriyası üçün yeni binanın tikintisi aparılıb. Uşaq bağçası üçün yeni binanın tikintisi aidiyyatı orqanlarla birgə planlaşdırılır. Bunun üçün bələdiyyə öz üzərinə düşən öhdəlikləri boynuna götürüb. Kəndimizdə əhalinin icməli su təhcizatını həyata keçirən modul tipli su qurğuları bu gün təlabatı qarşılaya bilmir. Odur ki, rayonu içməli su ilə təmin edən yeni magistral su xəttindən kəndə suyun verilməsi üçün “Azərsu” ASC tərəfindən layihə təsdiq də olunub, növbəti ildən yeni su xəttlərinin cəkilişinə başlanılacaq.    Qarşıda duran ən ümdə vəzifələrdən biri ümümmilli lider Heydər Əliyevin adına, qarşıdan 100 illiyi münasibətilə kənd ərazisində möhtəşəm istiarahət parkının salınmasıdır. 

Miralim Mirsultanov,
Əsgərabad Bələdiyyəsinin sədri 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan