Vətən müharibəsi şəhidi Rahət İsayevin və Elşad Baloğlanlının ildönümü qeyd olunub » Yerli İnformasiya Agentliyi
» » » Vətən müharibəsi şəhidi Rahət İsayevin və Elşad Baloğlanlının ildönümü qeyd olunub

Vətən müharibəsi şəhidi Rahət İsayevin və Elşad Baloğlanlının ildönümü qeyd olunub

Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Rahət İsayevin və Elşad Baloğlanlının şəhadətinin ikinci ildönümü qeyd olunub. 

"Bilesuvarinfo" xəbər verir ki, mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli,YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla anaraq, valideyinlərinə və yaxınlarına  başsağlığı veriblər.

Vətən Müharibəsi şəhidi  İsayev Rahət Rafət oğlu -2000-ci il dekabrın 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub
Rahət İsayev həqiqi hərbi xidməti zamanı başlanan Vətən müharibəsində iştirak edib və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahət İsayev Xocavənd döyüşləri zamanı şəhid olub və noyabr ayının 18-də Biləsuvar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Rahət İsayev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə"  və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Vətən Müharibəsi şəhidi  Baloğlanlı  Elşad Elşən oğlu -18 yanvar 2002-cı ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. 2020-ci ilin yanvar ayında həqiqi hərbi  xidmətə çağırılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmişdir. Elşad Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elşad Baloğlanlı 18 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Günəşli kənd qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elşad Baloğlanlı ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan