» » 8 Noyabr - Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirildi - VİDEO


8 Noyabr - Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirildi - VİDEO

Biləsuvar rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbiri keçirildi.

"Bilesuvarinfo" xəbər verir ki,  Biləsuvar Rayon  İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş ümumrayon tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayon İcra  Hakimiyyəti  başçısı  aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilərimiz və ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Giriş sözü ilə tədbiri açan Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik etdi və  xoş arzularını çatdırdı.  

Faiq Qürbətov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı 30 illik bir  işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu misilsiz qələbə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə hər il noyabrın 8-i Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, şəhid valideynləri, qazilərimiz çıxış edərək 44 gün davam edən Zəfər yürüşündə Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusunun böyük bir sınaqdan şərəflə çıxdığını bildiriblər. Qeyd olunub ki, Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən xalqımızın qəhrəman oğulları Vətən yolunda bir an belə tərəddüd etmədən canlarını qurban verərək, ən ali zirvəyə - şəhidlik zirvəsinə ucaldılar. Çıxış edənlər bu gün regionda sülhün, təhlükəsizliyin və inkişafın qarantı olan Azərbaycan üçün yeni mərhələnin - quruculuq dövrünün başladığını önə çəkərək işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirildiyini bildiriblər.

Tədbirdə Biləsuvar Regional Mədəniyyət idarəsinin  hazırladığı bədi hissə nümayiş olunub.

Sonda möhtəşəm atəşfəşanlıq olub və xatirə şəkilləri çəkdirilib.


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR