Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!”


“Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!”

05 noyabr 2022, Şənbə
571
0
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində 8 noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun köməkçisi Əfsun Əlizadə, şəhid ailələri, qazilər, liseyin pedaqoji kollektivi və şagirdləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla başlayıb. 

“Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!” adlı tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, kompleksin icraçı direktoru Aqşin Bağırov və II Qarabağ müharibəsi iştirakçısı, kompleksin Azərbaycan dili müəllimi Elçin Səfərov çıxış edərək Vətən müharibəsində tarixi qələbəmizdən, Zəfər Gününün şanlı bir tarix səhifəsi olmasından söz açıb.

Çıxışlardan sonra “Dastan yazanlar” adlı tamaşa, həmçinin liseyin müəllim və şagird kollektivi hazırladığı digər ədəbi - bədii yaradıcılıq nümunələrini təqdim edib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan