28 il öncə şəhid olan döyüş yoldaşlarının ziyarətinə gəldilər » Yerli İnformasiya Agentliyi
» » » 28 il öncə şəhid olan döyüş yoldaşlarının ziyarətinə gəldilər

28 il öncə şəhid olan döyüş yoldaşlarının ziyarətinə gəldilər

Birinci Qarabağ müharibəsi döyüşcüləri 
Biləsuvar rayonundan olan, şəhid döyüş yoldaşlarını ziyarət edib.

“Bilesuvarinfo” xəbər verir ki, ziyarət iştirakçıları 1990 - cı ilin əvvələrində Qarabağ savaşında düşmənə qarşı qəhrəmanlığı ilə seçilən ”N” salı hərbi hissənin bir qurup zabit və əsgər heyəti olub. Onlar : Milli Qəhrəman Fariz Qəhrəmanov, Azərbaycan Bayrağı ordenli - Tofiq  Kazımov və   Rasim Əliyev,  müharibə veteranı və qaziləri - Nazilə İsmayılova,  Elçin Məmmədov, Eldar Qurbanov, Yaşar Quluyev və Allahşükür Zəkiyev olub.
Birinci Qarabağ müharibəsinin iştirakçıları rayonun Təzəkənd kəndində şəhid Manafov Fərqan Xudakərim oğlunun və   İsmətli kəndində şəhid Mirzəyev Nürəddin Güloğlan oğlunum ailə üzvləri ilə görüşüb. Döyüş yoldaşlarının məzarlarını ziyarət edib, şəhidlərin əziz ruhuna dualar oxuyublar. Çıxışlarda Qarabağ müharibəsində Fərqanla  Nürəddinin göstərdiyi misilsiz qəhrəmanlıqlardan, keçdiyi şərəfli döyüş yolundan, müqəddəs şəhidlik zirvəsinə ucalmasından ətraflı bəhs olunub. 
Qeyd ediblər ki, Fərqan Manafov 1994-ci ilin 20 yanvarında Ağdərə istiqamətində qanlı Nürəddin Mirzəyev isə həmin ilin 23 martında Ağdərə-Tərtər istiqamətində döyüşdə qəhrəmanlıqlar göstərərək şəhid olub. 44 günlük Vətən müharibəsində  Azərbaycan torpaqlarının yağı düşmənin tapdağından azad edilməsilə, həm də şəhid qardaşlarımızın qisası alındı.Uğrunda şəhidolduqları Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. Artıq Qarabağ Azərbaycandır!.

Şəhid ailələri ilə görüşdə döyüş yoldaşları adından şəhid ailələrinə, həmçinin Biləsuvardan olan, birinci Qarabağ müharibəsi əlili Yaşar Quluyevə xatirə  foto - albomu tədim olunub. 
Qeyd edək ki, qonaqlar həmçinin birinci Qarabağ müharibəsi şəhidi Nemət Sultanovun anım günündə əziz xatirəsinə inşa edilmiş şəhid bulağının açılışına da qatılıblar. Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun abidəsin ziyarət ediblər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan