» » » Birinci Qarabağ müharibəsi şəhidinin anım günündə şəhid bulağının açılışı oldu


Birinci Qarabağ müharibəsi şəhidinin anım günündə şəhid bulağının açılışı oldu

[spoiler][/spoiler]Bu gün Biləsuvar rayonununda birinci Qarabağ müharibəsi şəhidi Nemət Sultanovun anım günündə  əziz xatirəsinə inşa edilmiş şəhid bulağının açılışı olub. 

“Bilesuvarinfo” xəbər verir ki, rayonun Dəvrişli kəndində şəhid Sultanov Nemət Mirişıq oğlunun  xatirəsinə inşa edilmiş şəhid bulağının açılış mərasimində Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİH-i Başcısı aparatının şöbə müdiri Zamiq Mənsimli, Azərbaycanın Milli Qəhrəmanı Fariz Qəhrəmanov, müharibə veteranları, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra söz tədbir iştirakçılarına verilib. 

Tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün şəhidlərimizin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları  Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır. Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq. Şəhid Nemət Sultanovun I Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan, keçdiyi şərəfli döyüş yolundan söz açıblar. 
Tədbirdə məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirib. Şəhidin doğmaları göstərilən diqqətə görə qonaqlara məmnunluqlarını ifadə etmiş, ölkə rəhbərliyinə şəhid ailələrinə qayğısına görə təşəkkür ediblər. Daha sonra kənd qəbirstanlıqında şəhidin məzarı ziyarət olunub və şəhidn doğulub boya - başa çatdığı ata ocağı ziyarət olunub. 
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan şəhid Nemət Sultanov 23 avqust 1973-cü ildə Biləsuvar rayon Dəvrişli kəndində anadan olub. 09 mart 1992-ci ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. 16 avqust 1992 - ci ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Bir müddət itkin hesab edilən şəhidimiz Beyləqan rayonunda dəfn olunduğu bilindikdən sonra, onun nəşi  11 sentyabr 1992-ci ildə Dəvrişli kəndinə gətirilib, kənd qəbirstanlıqında dəfn olunub.Ölümündən sonra adı əbədiləşdirilərək təhsil aldığı Dəvrişli kənd tam orta məktəbinə verilmişdir.Allah rəhmət eləsin!.
 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan