» » “Dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan bir ölkə yoxdur”


“Dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan bir ölkə yoxdur”


“Ermənistan həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib”.

“BILESUVARINFO” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Təəssüflə deyim ki, dünyada Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımayan bir ölkə yoxdur. Başqa bir sual budur ki, biz bunu dərk edirdik, ya yox. Bizim mövqeyimiz belə idi - bütün dünyanın başqa cür danışmasının fərqi yoxdur, biz başqa cür etməliyik. Ola bilsin ki, hansısa mərhələdə mən də belə davranmışam, amma sonda reallıq bizi konkret vəziyyətə salır”, - deyə hökumət başçısı əlavə edib.

Paşinyan daha sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarını oxuyub. O, Rusiya Prezidenti Vladimir Putinə, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Stefan Viskontiyə və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatından sitatlara istinad edib.“Separatçılar Ermənistanın köməyi ilə Dağlıq Qarabağın əksər hissəsini və Azərbaycanın daha 7 ərazisini nəzarətdə saxlamaqda davam ediblər”, - deyə N. Paşinyan Dövlət Departamentinin hesabatlarından birindəki qeydi oxuyub.

Xatırladaq ki, bir müddət əvvəl N. Paşinyan “Ermənistan Azərbaycan ərazisini 86,6 min km² olaraq tanıyır, bura Qarabağ ərazisi də daxildir”, - deyə açıqlama vermişdi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər:

SON MƏQALƏLƏR