- 25 iyul, 21:25
- 333 dəfə oxunub
- 0
Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü başa çatıb
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov və Ermənistan naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü başa çatıb.
Xatırladaq ki, səfər çərçivəsində nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunu keçirməyi planlaşdırıblar.
Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.
"BILESUVARINFO" xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunur.
Qeyd edək ki, üçtərəfli danışıqlardan əvvəl C.Bayramovla S.Lavrov bir araya gəlib.
Tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ilə yanaşı, Moskva və Bakı arasındakı münasibətlər və regional məsələləri müzakirə ediblər.