Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » İrəvanda ticarət mərkəzindəki partlayışda 6 nəfər ölüb, 17 nəfər itkin düşüb


İrəvanda ticarət mərkəzindəki partlayışda 6 nəfər ölüb, 17 nəfər itkin düşüb

15 avqust 2022, Bazar ertəsi
1 474
0
Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

“Report” “Sputnik Armenia”ya
istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb. Partlayış zamanı bazarda olan 17 nəfər itkin düşüb.

Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan