Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Sənan Mənsimli Biləsuvar rayonunda bir sıra təhsil müəssisələrində olub


Sənan Mənsimli Biləsuvar rayonunda bir sıra təhsil müəssisələrində olub

18 mart 2024, Bazar ertəsi
412
0
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Biləsuvar rayonunda bir sıra təhsil müəssisələrində olub, təlim-tədris prosesini yaxından izləyib, müəllim və şagird kollektivləri ilə görüşüb.

"Bilesuvarinfo" xəbər verir ki, Sənan Mənsimli təhsil müəssisələrinin rəhbər əməkdaşları, müəllimlər və şagirdlərlə birlikdə onları maraqlandıran mövzular ətrafında müzakirələr aparıb və məktəblərin tədris şəraiti ilə tanış olub.

Sənan Mənsimli həmçinin Mübariz İbrahimov adına Liseyin qonağı olub.

Görüş zamanı S.Mənsimli Respublika Fənn Olimpiadasında və “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində final mərhələsinə keçmiş şagirdləri təbrik edərək uğurlar arzulayıb. Onların müəllimlərinə öz təşəkkürünü bildirib. Regional Təhsil İdarəsinin bu istiqamətdə daimi dəstək olacağını vurğulayıb.

Sonda liseyin İcraçı direktoru Aqşin Bağırov təşəkkür edib və STEAM mərkəzində şagirdlərin iştirakı ilə hazırlanmış hədiyyəni Sənan Mənsimliyə təqdim edib.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan