» » Vaxtsız yoxlama bu məktəbi istiliksiz qoyub


Vaxtsız yoxlama bu məktəbi istiliksiz qoyub

Noyabrın 15-də qış rejiminə keçid nəzərdə tutulsa da, Biləsuvar şəhər 1 saylı tam orta məktəbə istiliyin verilməsi hələ də mümkün olmayıb.

“Bilesuvarinfo”ya bu haqda müraciət edən valideynlər bildiriblər ki, hazırda siniflər soyuq olduğundan şagirdlər dərslərdə palto və gödəkçələrdə otururmalı olur.

Təhsil ocağından problemin mövcudluğu təsdiqlənib. Qeyd olunub “Azərqaz” İB-nin Biləsuvar QİS tərəfindən ötən ayın 5 oktyabrında məktəbin qaz sayğacı nəzərdə tutula təkrar müayinə üçün aparılıb. Bu zaman sayğaca baxış keçirilib, istilik verilənədək yerinə qoyulacağı və məktəbin qaz təminatının bərpa olunacağı bildirilib.

Məktəbdən o da bildirililib ki, aidiyyəti quruma bu haqda edilən müraciətlər də, heç bir nəticə vermir. Görəsən məktəbimizin müəllim və şagird kollektivini soyuq otaqlarda saxlayanlar nə düşünür. Doğrudanmı sayğacın yoxlanılması qış fəslinə qalmalıdı?.

Biləsuvar QİS–dən məsələ ilə bağlı münasibət öyrənmək istəsək də, bu mümkün olmadı. Qarşı tərəfin də münasibətin dərc etməyə hazırıq.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR