Zəfər Gününə həsr olunmuş inşa müsabiqəsinin qalibi bu şagirdlərdir
8 Noyabr - Zəfər Günü ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına əsasən məktəblilər arasında keçrilən inşa müsabiqəsi yekunlaşıb."Bilesuvarinfo" xəbər verir ki, müsabiqə rayonun təhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında keçirilib. İnşa müsabiqəsinin rayon mərhələsi Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub.
Müsabiqədənin nəticəsinə görə D.Dadaşov adına Zəhmətabad kənd ümumi orta məktəbin 9 - cu sinif şagirdi Əlizadə Əmrah Niyaməddin oğlu 1-ci , Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin 9 - cu sinif şagirdi Məmmədzadə Nuray İkram qızı 2 - ci və Biləsuvar şəhər N.Nərimanov adına 6 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fətullazadə Çiçək Cəmşid qızı 3 - cü yerə layiq görülmüşdür.
Qeyd edək ki, 9 -11- ci sinif şagirdlərinin arasında keçirilən inşa müsabiqəsində, hər bir ümumtəhsil müəssisəsinin məktəb mərhələsində qalib olan 1 nəfər şagirdi müsabiqənin rayon mərhələsində iştirak edib.



Müzakirə edin
Həmçinin oxuyun:
23 iyun 2022, Cümə axşamı
Şirvan-Salyan Regional Təhsil İdarəsi 36 məktəb üzrə direktor vəzifəsinə işə qəbul elan edib - SİYAHI
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan