Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » YAP üzvləri ölkəmizdən xaricdə də öz vətənpərvər mövqeləri ilə fərqlənirlər


YAP üzvləri ölkəmizdən xaricdə də öz vətənpərvər mövqeləri ilə fərqlənirlər

06 may 2024, Bazar ertəsi
266
0
  
YAP Biləsuvar rayon təşkilatının üzvü, kulturoloq,  Biləsuvar rayon Ağayrı kənd sakini, şəhid bacısı Əfsanə Əlifağa qızı Haxverdiyeva  hal-hazırda müvəqqəti   yaşadığı Rusiya Federasiyasının Krasnoyarsk bölgəsinin Kansk şəhərində vaxtaşırı olaraq ölkəmizin və dövlətimizin təbliği üçün müxtəlif məzmunlu tədbirlər keçirir. 

O növbəti təşəbbüsünü ötən həftə yaşadığı şəhərin Tarix muzeyində gerçəkləşdirib. Tədbirin açlışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
     
9 may - faşizm üzərində qələbə günü ərəfəsində təşkil etdiyi tədbirdə ll dünya müharibəsi zamanı, azərbaycanlıların həm səngərdə, həm də arxa cəbhədəki fədakarlıqları barədə danışıb. Hazırladığı foto və video materialları iştirakçıları digər millətlərdən  olan tədbirdə nümayiş etdirib. 
      
Təşkilatımızın üzvü Əfsanə xanıma təşəkkür edir, onun bu nümunəvi davranışının xaricdə yaşayan hər bir azərbaycanlı üçün örnək olmasını arzulayırıq.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan