- 10 iyun, 17:56
- 762 dəfə oxunub
- 0
Bu kənddə tibb məntəqəsi bərbad durumdadır - FOTO
"Bilesuvarinfo" xəbər verir ki, bu barədə "Report"a kənd sakinləri məlumat verib.
Onların sözlərinə görə, bu xəstəxana 1953-ci ildə tikilib. İki mərtəbəli olan tibb məntəqəsinin əvvəllər hər şəraiti normal olub.
Xəstəxana sonradan bərbad vəziyyətə düşüb: "Kəndimizin tibb ocağı var. Amma təmirə ehtiyacı var, içində heç bir şəraiti yoxdu. Uşaqlar peyvənd olunmalıdır. Amma xəstəxana bərbad vəziyyətdədir. Buradan normal istifadə edə bilmirik".
Məsələ ilə bağlı kənd icra nümayəndəliyindən bildirib ki, bura xəstəxanadan məntəqəyə çevrilib: "Mövcud vəziyyətlə bağlı Biləsuvar rayon İcra Hakimiyyəti müvafiq səhiyyə orqanlarına məlumat verib".