» » Şəhid anası dərmanlarını ala bilmir - FOTO - VİDEO


Şəhid anası dərmanlarını ala bilmir - FOTO - VİDEO

Şəkər xəstəsi olan şəhid anası xəstəxanadan dərmanlarını almaqda problemi var. 

Bu barədə "Bilesuvarinfo" Space TV-yə istinadən xəbər verir. 

Şəhid anası Şərqiyyə Məhərrəmovun oğlu Elşən Məhərrəmovun sözlərinə görə ötən ilə kimi dərmanları almışıq, lakin bu il dərman verilməyib: "Dövlət tərəfindən təmin olunan dərmanı niyə verməsinlər?.". 

Məsələ ilə bağlı Biləsuvar rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səbinə Hüseynzadə televiziyaya açıqlamasında deyib ki, xəstəxanaya məhdud sayda dərman preparatları gətirilir: "Şərqiyyə xanımın oğlu Elşən Məhərrəmov xəstəxanaya gec müraciət etdiyindən belə bir neqativ hal baş verib. Məsələ tezliklə həll ediləcək". 

Qeyd edək ki, 72 yaşlı Ş. Məhərrəmovun oğlu Elman Məhərrəmov I Qarabağ müharibəsində şəhid olub.

XƏBƏRLƏR ŞÖBƏSİ

Video - https://youtu.be/Ddl5-T3Hx-c



​​​


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər:

SON MƏQALƏLƏR