» » Gənc həkimin peşə sevgisi, və yaxud Elnarə həkimin sədaqət andı!


Gənc həkimin peşə sevgisi, və yaxud Elnarə həkimin sədaqət andı!

Onun iş rejimi çoxlarını heyrətləndirir. Çalışdığı səhiyyə ocağının Terapeya şöbəsində stasionar müalicədə olan xəstələrin müayinəsinin ardınca, həkim çatışmazlığı ucbatından   poliklinikada çox sayda xəstəni qəbul edir, ağır xəstələrin gecikmədən ixtisaslaşmış xəstəxanalara göndərişlərini  hazırlayır. Hələ, imtiyazlı xəstələrə dərmanların yazılması da onun boynunadır. Bir sözlə, lazım gəldikdə bir neçə həkimin görəcəyi işi  təkbaşına öhdələyir. Hər gün gərgin iş rejimində durmadan işləməyə, hələ üstəlik bəzi xəsətlərin nazı ilə davranmağa da alışıb  Elnarə həkim. Səbrlə, təmkinlə onları dinləyib, yola salır. 
Deyir: artıq bu iş rejiminə alışmışam, insanlara xidmət göstərməkdən mənəvi zövq alıram. 


... Elnarə İsmayıl qızı Cəfərova əslən Füzuli rayonundandır. 1978-ci ildə bu rayonda ziyalı ailəsində anadan olan fədakar həkimimiz orta məktəbin 7 - ci sinifində oxuyarkən köçkünlük həyatı yaşamalı olub. Ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində Cəfərovlar ailəsi İmişli rayonuna pənah gətirir. Məcburi köçkünlük həyatının çoxsaylı çətinliklərinə baxmayaraq ,sonrakı illərdə Elnarə Mərzəli kənd orta məktəbində təhsil alarkən  ruhdan düşməyib. Əksinə doğma rayonunda yaxşı oxuduğu dərslərini burada  əla qiymətlərlə davam etdirir. Əlaçı qız məktəbin yuxarı siniflərinə qalxdıqca, həkim olmaq arzusu ilə böyüyür. Bu istəyi onu daha məhsuliyyətlə oxuyub , öyrənməyə sövq etmişdir.

Elnarə  Cəfərova 1995-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vuraraq, qəbul olduğu Azərbaycan Dövlət Tibb Univeristetinin “müalicə işi” fakültəsini  fərqlənmə diplomu ilə bitirib. Onun yüksək bilik və bacarığı Bakı şəhərində çalışdığı səhiyyə ocaqlarında  peşəkar həkim kimi yetişməsində və püxtələşməsində ona çox böyük uğurlar qazandırmışdır. O, həmçinin ünsiyyətcil, qayğıkeş, mehriban olmaqla yanaşı, xalqına, dövlətinə bağlı olan bir ziyalı xanımdır. Çalışdığı həkim kollektivində, həm də onu tanıyanlar arasında yüksək nüfuz və hörmət sahibidir. Karonavirus pandemiyasına qarşı mübarizədə, ilk gündən sonadək Bakı şəhərində modul tipli hospitallarda həyatını ciddi təhlükələrlə qarşı - qarşıya qoyub, yüzlərlə xəstənin həyata qayıdışında yaxından iştirak edib. Deyir ki, biz bu ağır günlərdə, bəzən 15-20 xəsətənin dünyasını dəyişməsi ilə barışa bilmirdik: “Ölümümüzə qol çəkirdik ki, daha çox insanı həyatda saxlaya bilək!.” 

Elnarə həkim artıq 8 aydır fəaliyyətini Biləsuvar səhiyyəsinə həsr edib. Biləsuvar Rayon Mərkəzi xəstəxanasında həkim- terapeft kimi çalışır. Deyir ki, burda insanların mehriban, qayğıkeş münasibətini gördukcə, özümü sanki bu rayonda doğulmuş  hiss edirəm.  Yəqin elə bu səbəbdəndir ki, xəstə qəbulu ilə yanaşı, imtiyazlı dərmanlar verilən ərəfədə,  bəzən, iş vaxtının sonunda 500 – dən çox xəsətənin uçot qeydiyyatını apararkən , özüm-özümə sual verirəm, bunu necə bacardım?...

Elnarə həkim həm də, bir oğul və bir qız övladına gözəl analıq edir. Qızı ali təhsilini davam etdirir. Oğlu Cavid isə məktəblidir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər: