TƏBİB-in dəstəyi ilə cərrahiyyənin aktual problemlərinə həsr olunan regional elmi-praktik konfrans keçirilib

"Bilesuvarinfo" xəbər verir ki, konfransda məruzə edən mərkəzin direktoru, professor Rauf Ağayev TƏBİB-in dəstəyi ilə aparılan bu tip tədbirlərin vaxtaşırı müxtəlif regionlarda əvvəllər də keçirildiyini, eləcə də artıq ənənə halı aldığını bildirib.
Konfransda mərkəzin professorları tərəfindən ürək-damar, abdominal və endokrin cərrahlığının, eyni zamanda, anesteziologiya və reanimatologiyanın aktual problemlərini əhatə edən mövzularda çıxışlar keçirilib və iştirakçıların sualları cavablandırılıb.
Keçirilən konfransda Lənkəran ilə yanaşı, Masallı, Cəlilabad, Astara, Yardımlı, Biləsuvar, İmişli rayonlarının da cərrah və anestezioloq-reanimatoloqları iştirak edib.
Eyni zamanda, konfrans çərçivəsində mərkəzin aparıcı mütəxəssisləri tərəfindən yerli həkimlərlə birgə xəstələrə konsultativ-tibbi xidmətlər göstərilib.
Müzakirə edin
Həmçinin oxuyun:

08 sentyabr 2022, Cümə axşamı
Azərbaycanda 14 ölümcül bıçaq yarası alan qadın həyata qaytarıldı - VİDEO

31 may 2022, Çərşənbə axşamı
Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv...” - Dr. Samir Şükürov
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.