» » Altı ayın yekunları müstəqilliyimizin əbədi və dönməz olduğunun sübutudur


Altı ayın yekunları müstəqilliyimizin əbədi və dönməz olduğunun sübutudur

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə dövlətçiliyimiz tarixində böyük yüksəlişin əldə edilməsinin anonsu kimi yadda qaldı. Cənab Prezidentin apardığı iqtisadi islahatlar,  həyata keçirdiyi qətiyyətli və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan təkcə regionda deyil,  bütün dünyada qüdrətli bir ölkəyə çevrilmişdir.

    Dövlət başçısı öz çıxışında xüsusi olaraq qeyd etmişdir ki, bu dövrdə ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Bu baxımdan ölkəmizin Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi ilk növbədə qeyd olunmalıdır. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı dünyada nüfuzunu xeyli artırmışdır. Azərbaycanın bu mötəbər təşkilata sədrliyinin 2023-cü ilin sonuna qədər yekdil qərarla uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmış, Azərbaycana, şəxsən Prezident İlham Əliyevə olan inam daha da yüksəlmişdir.

    Müşavirədə qeyd olunan məqamlar bir daha təsdiqlədi ki, əvvəlki illərdə ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf bu ilin 6 ayı ərzində də davam edib və göstəricilər xeyli yüksəkdir. Azərbaycanın irəli sürdüyü beynəlxalq təşəbbüslər təkcə öz ölkəmizin deyil, həmçinin qonşu dövlətlərin, region ölkələrinin və xalqlarının da maraqlarına cavab verib. Vətən müharibəsinin nəticəsi olaraq bu gün Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar da bölgədə iqtisadi inkişafın sürətlənməsi üçün indiyədək görünməmiş imkanlar açmışdır. Həm də bu imkanlar dünya ölkələri tərəfindən çox yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, artıq Cənubi Qafqazda maraqları olan bütün ölkələr və beynəlxalq təşkilatlar da Azərbaycanın müəllifi olduğu yeni reallıqları tanıyır və qəbul edirlər.

      Müşavirədə diqqət yönəldilən məsələlərdən biri  2020 ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin Ermənistan  tərəfindən yerinə yetirilməməsidir. Digər narazılıq doğuran məsələ isə Ermənistan  silahli qüvvələrinin  qalıqlarının  hələ də Qarabağda qalması oldu. Bəli, Bəyanat imzalanıbsa, orada yer alan şərtlər qeyri-şərtsiz icra olunmalıdır. Bu gün Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılmasına baxmayaraq, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Prezident İlham Əliyev çıxışında Ermənistana bir sıra ciddi xəbərdarlıqlar  etdi.

    Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi əsas məqamlardan biri də bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın xarici borcunun minimum səviyyədə olmasıdır. Prezident İlham Əliyev bir daha vurğuladı ki, pandemiyadan və müharibədən yenicə çıxmış bir dövlət olaraq Azərbaycan bütün bərpa işlərini öz hesabına həyata keçirir. Bu isə onun qurub-yaratmaq əzmini və iqtisadi gücünü göstərir. Bərpa işlərinin miqyası isə olduqca böyükdür.

     Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə səsləndirilən statistik rəqəmlərə, ayrı-ayrı sahələrin inkişafında qazanılan uğurlara əsaslanaraq əminliklə deyə bilərik ki, ölkəmiz  böyük uğurlara imza atıb. Ölkə Prezidentinin qeyd etdiyi kimi, məqsədimiz müstəqilliyimizin əbədi və dönməz xarakter alması, Azərbaycanın dünya birliyində öz yeri və rolunu daha da möhkəmləndirilməsidir.  
        
         Samir Ağayev, YAP Biləsuvar               rayon təşkilatının əməkdaşı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR