- 19 iyul, 19:35
- 426 dəfə oxunub
- 0
"Bu gün hər bir azərbaycanlı üçün şükran və minnətdarlıq günüdür" - Bəhruz Məhərrəmov
"Ümummilli Lider ən son çıxışlarından birində bəyan etmişdi ki, Azərbaycanın torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır.Cənab İlham Əliyev isə hər dəfə qaçqın və məcburi köçkünlər üçün şəhərciklər salınanda bəyan edirdi ki, bu, müvəqqəti yaşayış yeridir, gün gələcək belə gözəl şəhərciklər işğal altında olan torpaqlarda açılacaqdır.
O zaman burnunun ucundan uzağı görməyənlər, siyasi təxribatçılar cənab prezidentin sözlərinin sadəcə siyasi vəd olduğunu, nəinki məcburi köçkünlərin qayıtması, bu hakimiyyətin heç bir qarış torpağının da işğaldan azad edə bilməyəcəyini deyirdilər. Amma məhz İlham Əliyev bu xalqın ideoloji birliyinə, milli həmrəyliyinə nail oldu, güclü və müasir ordu quruculuğu həyata keçirərək, siyasi suverenliyimizi gücləndirərək, iqtisadi müstəqilliyimizə təmin edərək işğala hərbi-siyasi yolla nail oldu.
Bu gün isə 30 il arzusunda olduğumuz tarixi proses gerçəkləşir, məcburi köçkünlər artıq doğma torpaqlarına qayıtmağa başlayırlar. Üstəlik məcburi köçkünlər yalnız öz torpaqlarına qayıtmır, eyni zamanda ləyaqətli və təhlükəsiz həyat şəraiti ilə təminin olunurlar. Biz xalq olaraq istisnasız şəkildə İlham Əliyev şəxsiyyətinə minnətdar olmalıyıq.
Eyni zamanda bu yolda vətəninə, xalqına və Ali Baş Komandanına sadiqliyini qoruyaraq döyüşlərdə can vermiş şəhidlərimizi ehtiramla anır, müharibə veteranlarına hörmətimi bildirir, xalqımızı isə təbrik edirəm. Həqiqətən də bu gün hər bir azərbaycanlı üçün qürur, şükran və minnətdarlıq günüdür.
Bir sözlə, müzəffər Ali Baş Komandanımız dedi və etdi. Bu gün bizim vəzifəmiz isə birliyimizi, həmrəyliyimizi təmin etmiş şəhidlərimizin, işğalın, təcavüzün qisasını alıb qürurumuzu özümüzə qaytarmış, 30 illik Vətən həsrətinə son qoymuş cənab İlham Əliyevin ətrafında daha sıx birləşməkdir".
Şəbnəm Lətifi