» » Pandemiya və post müharibə dövründəki urbanizasiya məsələlərinə münasibətdə Azərbaycan nümunəsi


Pandemiya və post müharibə dövründəki urbanizasiya məsələlərinə münasibətdə Azərbaycan nümunəsi

   Karonavirus pandemiyasının dövlətlərin və  cəmiyyətlərin inkişafına  vurduğu  zərərlərin 
aradan qaldırılmasından ötrü hələ uzun   zaman sərf etmək lazım gələcək. Bu zərərlər  heç şübhəsiz ki,  hər sahədə olduğu kimi insan məskənlərinin, xususən böyük şəhər və  qəsəbələrin inkişafı və genişlənməsinə də təsiriz ötüşmədi. Odur ki, postpandemiya dövründə  beynəlxalq səviyyədə  müzkirə mövzusu olan  məsələlərdən biri də məhz urbanizasiya-cəmiyyətin  inkişafında   şəhərlərin rolunun  artmasıdır.

Urbanizasiya  prosseslərini  şərtləndirən amillər şəhər əhalisinin artması, əhali və  təsərrüfatların  şəhərdə cəmləşməsi, şəhər həyat  tərzinin yayılması, şəhərlərin  coğrafiyasının  artaraq
miqapolislərə  çevirlməsidirsə, burada  həm də  sənayenin həcminin  artması şəhərin həm mədəni, həm siyasi funkisayalarının  yüksəlməsi, əmək bölgüsünün  strukturunun dəyişməsi  amilliəri də mühüm rol oynayır. Məhz pandemiyanın bir neçə il mövcudluğu beynəlxalq aləmdə qeyd  etdiyim istiqamətlər üzrə  şəhərlərin inkişafını sanki “tormozladı”. Nəticə etibarı ilə xüsusən
böyük meqapolislərdə ilk   növbədə əmək bölgüsünün  strukturu zədələndi. Bu daha çox iş yerlərinin   ixtisarı, yaxud  əmək haqları  saxlanılmaqla işlərin dayanması, eyni zamanda  yeni 
 layihələndirilən iş  yerlərinin açılması planlarının təxirə salınması  ilə müşayət olundu.Bundan başqa pandemiya sahələrində mədəni və siyasi kütləvi
tədbirlərin və  bu istiqamətdə həyat keçirilməsi   planlaşdırılan digər işlərin təxirə salınması, şəhər iqtisadiyyatının  
əsasını təşkil edən  sənayenin həcminin azalmasına və eyni  zamanda əhali məskunlaşmasının ləngiməsinə və nəhəng şəhərlərdə demoqrafiksturuktura
zərbəsiz ötüşmədi.
   Əlbbətdə bu qeyd olunanlar heç də  
dünyanın bütün dövlətlərində  eyni templə baş vermədi.Çünki dövlətlərin iqtisadi gücünə,  düşünülmüş daxili siyasətinə və pandemiya  ilə əlaqədar həyata keçirilən  qabaqlayıcı  tədbirlərin həcminə görə ayrı - ayrı ölkələrdə 
nəticələrdə fərqli oldu.
 
Böyük fəxr hissilə,  qururla qeyd edə bilərik ki, respublikamızda bu istiqamətdə həyatakeçirilən çevik siyasət və bu siyasətə uyğun icra
olunan layihə və planlar öz yüksək
effektliyi ilə  dünya dövlətləri üçün
nümunəyə çevrildi.

Beynəlxalq təşkilatların  xüsusilə Ümumdünya Səhiyə  Təşkilatı pandemiya əleyhinə və onun nəticələrinin aradan  qaldırılmasından ötrü  görülən işlərə, eyni  zamanda dünyada bu bəla ilə aparılan mübarızəyə verdiyi  töhvələrə görə  dəfələrlə Azərbaycan  Respublikasının  prezidentinə və hökumətinə  minnətdarlığını bildirdi.

  Odur ki, Polşa Respublikasının Katorutse  şəhərində 27 iyun 2022-ci il tarixdə “Daha yaxşı gələcək naminə  
şəhərlərimizi dəyişək” adlı Ümumdünya şəhər Formunun XI sessiyasında  Azərbaycan Respublikası prezidentinin nitqi,  dövlətmizin   sessiyanın gündəliyi ilə əlaqəli  işlər sahəsində  yürütdüyü siyasət, əldə  olunan nəticələr və gələcəkdə görüləcək işlərlə bağlı 
mövqeyi iştirakçı dövlətlərin nümayəndələrinin böyük  marağına səbəb olmuşdur.

Forumda paytaxt Bakının  simasının 
qorunub saxlanılması ilə parallel sahədə aparılan urbanizasiya və yenidənqurma, 
torpaqlarımızın 30 illik işğalı dövründə   
qarət olunması,  bu müddət ərzində  9 şəhərin, 100-lərlə  kənd və qəsəbənin məhv  edilməsi barədə məlumatların   
təqdimatı,   mühüm əhəmiyyət kəsb edirdi.

  Pandemiya və postmühribə dövründə işğaldan azad olunmuş ərazilərimizdə “Yaşıl enerji,sıfırtullantı”konsepsiyasının
 icrası,  Zəngilan rayonunu Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icrası, ölkə rəhbərinin  uzaqğörən və   təkcə respublikamız üçün  deyil, bütün dünya üçün önəm  daşıyan  işləri və tədbirləri Ümumdünya ŞəhərFormunun iştirakçılarının diqqət   və marağına səbəb olmuşdur.

Eyni zamanda   Azərbaycanla bağlı bu kimi məsəllələrin Beynəlxalaq  
turbinalardan səsləndirilməsi, həyata keçirilən  layihələrin dünya  ictimayəti üçün də  əhəmiyyətlini önə çəkir və beynəlxalq  dəstəyin də vacib olduğunu sübut edir.

Bir sözlə Polşanın Katovitse şəhərində  
baş tutmuş Ümumdünya Şəhər Forumunu  XI sessiyası Azərbaycanın Beynəlxalq  arenadakı  mövqelərinin  
 möhkəmlənməsi və sessiyanın  
gündəliyi ilə əlaqədar gələcəkdə 
 görüləcək  işlərə töhvə vermək 
baxımından olduqca əhəmiyyətli hadisə kimi yaddaşlarda qalacaq.

      Kamil Qurbanlı,
      YAP Biləsuvar rayon
      təşkilatının sədri
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR