Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Məşğulluq Agentliyinin əməkdaşları şəhid övladları ilə görüşdü


Məşğulluq Agentliyinin əməkdaşları şəhid övladları ilə görüşdü

01 iyun 2022, Çərşənbə
1 815
0
Dövlət Məşğulluq Agentliyinin Şirvan - Salyan Regional Məşğulluq filialının əməkdaşları şəhid uşaqları ilə görüş keçirib.

"Bilesuvarinfo" xəbər verir ki, 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü  münasibətilə görüş agentliyin Biləsuvar rayonu üzrə xidmət şöbəsində təşkil olunub. Görüşə biləsuvarlı şəhid ailələrinin övladları dəvət olunub.
Görüşdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev tədbirdə iştirak edən şəhid övladları ilə görüşüb, bayram münasibətilə onlara təbriklərini çatdırıb, xoş arzularını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq, şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatələ olunub.

Biləsuvar RİH-nin şəhid ailələri, qazilər və Vətən Müharibəsi veteranları ilə iş Şöbəsinin müdiri Zamiq Mənsimli və digər çıxış edənlər ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlərin mahiyyətindən söz açıblar. Şəhid övladları ilə  bir arada olmağın hər kəsin mənəvi borcu olduğunu demişlər.
Bayram tədbirinin sonunda   uşaqlara hədiyyələr təqdim olunub, xatirə fotoları çəkdirilib.
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan