» » İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla aparılır


İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla aparılır

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə  Ermənistanın işğalçılıq siyasətinə son qoydu.Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.Vətən müharibəsi  təkcə işğal altındakı torpaqların yağı düşməndən azad edilməsi deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir.Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. 

Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilən Qarabağda quruculuq, yenidənqurma işlərinə başlanıldı.Hal-hazırda da dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir.İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq istəyən vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi dövlət siyasətinin prioritetidir.İşğaldan azad edilmiş şəhər və rayonlarımızın müasir texnologiyalar əsasında yenidən qurulması istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində başlanılmışdır. Bir il bundan əvvəl  bqşlanılan inşaat işləri nəticəsində Ağalıda hal-hazırda  200 evdən ibarət gözəl kənd salınıb. Ağalı kəndində məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri yaradılmışdır. 

“Ağıllı kənd”, ”Ağıllı şəhər”  layihələri azad olunmuş ərazilərdə bərpa işləri istiqamətində atılan ilk addımlardan biri və eyni zamanda, Böyük  Qayıdışın başlanğıcı oldu. İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişləndirilir. Dəmir yolları, avtomobil yolları çəkilir. Erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı yüksək səviyyədə təmin edilir.Qarabağ dövlətimizin dəstəyi ilə  nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir.

Səməd Zeynallı,
 Masallı rayon sakini 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR