- 30 may, 21:11
- 457 dəfə oxunub
- 0
"Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox işlər görmüşük.. ."
Bir müddət əvvəl rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin icrasına start verildi. 28 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Ağıllı kənd” layihəsinin təməli qoyuldu. İkinci Ağalı kəndinin yerində kənd sakinləri üçün yeni kəndin tikintisinə başlanıldı. Burada fərdi evlərlə yanaşı, inzibati və ictimai binalar da tikildi. Kənddə bələdiyyə binası, bank xidməti, poçt, polis, tibb məntəqəsi, market və digər xidmət sahələri yerləşəcək.
Bu günlərdə-mayın 27-də Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva Şərqi Zəngəzura səfər etmiş, artıq başa çatan “Ağıllı kənd” layihəsinin I mərhələsinin açılış mərasimində iştirak etmişlər. “Ağıllı kənd” layihəsinin I mərhələsinin açılış mərasimində iştirak etmişlər. Daha sonra İlham Əliyev və xanımı Ağalı kənd sakinləri ilə görüşüblər. Görüşdə çıxış edən prezident sülh danışıqlarına da toxunub. O, bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır.
Eyni zamanda prezident Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümündən danışmış, ölkəmizin müstəqillik yollarında rast gəldiyi faciələrə və uğurlara toxunmuşdur. O bildirmişdir: “Bu gün müstəqilliyimiz möhkəmdir. Bunun nəticəsində II Qarabağ müharibəsində tarixi qələbə qazandıq, bunun nəticəsində düşməni diz çökdürdük və bu gün biz buradayıq.
Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Bunu hamı bilir, Azərbaycanla hesablaşmaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir, hər kəsdən bunu tələb edir və əldə edir”.
Bir çox məsələlərə toxunan dövlət başçısı görüşdə iştirak edən Ağalı kənd sakinlərini tarixi gün-həm Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü, həm də Ağıllı kənd layihəsinin birinci mərhələsinin başa çatması münasibətilə təbrik etmiş, cansağlığı və xoşbəxtlik arzu etmişdir.
Sakitə Qulamova,
Masallı rayonu Hişkədərə kəndi