Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » "Gənc yazarlara dəstək" layihəsi


"Gənc yazarlara dəstək" layihəsi

20 fevral 2024, Çərşənbə axşamı
727
0
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beyləqan Bölməsinin və Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) Beyləqan nümayəndəliyinin birgə təşkilatçılığı ( nümayəndəliyinin rəhbəri  Mehman Əliyevin təşəbbüsü olan) ilə gənc yazarlarla Beyləqan Tarix Diyarşünaslıq Muzeyində görüş keçirildi. 

Tədbirdə şair və yazıçılarımız,  Beyləqan ziyalıları,  "Araz " Ədəbi Məclisinin üzvləri və gənc yazarlar iştirak edirdi.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbiri giriş sözü ilə AYB- nin Beyləqan Bölməsinin sədri Fazil Əsəd açdı, məclisi idarə etmək üçün sözü "Gənc yazarlara dəstək" layihəsinin təşəbbüsçüsü Mehman Əliyevə verdi.
       
M.Əliyev çıxış edərək gənc yazarların davamlı  mərhələlərlə müsabiqəyə cəlb olunacağı, onlara bu yolda maddi və mənəvi dəstək göstəriləcəyini vurğuladı. 

Tədbirdə iştirak edən Mil-Muğam Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin rəhbəri Məhəmməd Qələndərov çıxışında gənc yazarların yaradıcılıq layihəsini dəstəkləyərək onlara uğurlar arzuladı.

Görüşdə gənc yazarların şeir və nəsr nümunələri dinlənildi. Şair və yazıçılar çıxış edərək gənc yazarlara yaradıcılıq uğurlarıarzuladılar.Təşkilatçılar tərəfindən  bu kimi növbəti tədbirin mart ayında keçiriləcəyi tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan