» » Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub


Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.

“Bilesuvarinfo” xəbər verir ki, Azərbaycan Respublikasının  Mədəniyyət Naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən Şahin  Şahbazov Biləsuvar Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.

Ş.Şahbazov bu təyinatadək, 2021-ci ilin may ayından Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Qeyd edək ki, Şahin Yusif oğlu Şahbazov 1984-cü ildə anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzey işi və abidələrin mühafizəsi ixtisasını bakalavr dərəcəsi üzrə, 2008-ci ildə isə Bakı Dövlət Universitetininin Tarix fakültəsini magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-2018-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun doktorantı olub.Əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

O, 2019-cu ildən Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. 4 elmi məqalənin müəllifi, bir neçə kitabın redaktoru və tərtibatçısıdır. Beynəlxalq Muzeylər Şurasının ( İCOM) üzvüdür.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan