- 21 sentyabr, 09:16
- 433 dəfə oxunub
- 0
Seyfullah Türksoy Mir Taha ağa haqqında yazdı
“Bilesuvarinfo” xəbər verir ki, Seyfullah Türksoyun Hacı Seyid Mir Taha ağa yazısını Türkiyədə, “İpekyolu” jurnalında dərc etdirib. O, yazısında Mir Taha ağanın keçdiyi şərəfli ömür yolu, nəsli-nəcabəti, xeyixah əməli, yüksək əxlaqi keyfiyyətləri ilə bugünkü, sabahkı nəsillərə nümunə ola biləcək görkəmli din xadimi olmasından ətraflı yazıb. Həmçinin Ağanın nəvəsi - hazırda bu ölkədə yaşayıb fəaliyyət göstərən xeyriyyəci iş adamı Fürqan Babayevin layiqli vətəndaşlıq misiyasına, xeyirxah işlərinə də nəzər salıb.
Qeyd edək ki, geniş oxucu kütləsi olan “İpekyolu” jurnalı türkdilli dövlətlərin hamısında yayımlanır.