- 19 sentyabr, 20:33
- 8 599 dəfə oxunub
- 0
Murtəza Həsənov dekan təyin olunub
“Bilesuvarinfo” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin yeni dekanı S.e.f.d, dosent Murtəza Həsənovdur.
Qeyd edək ki, Həsənov Murtəza
Miriltifat oğlu 1969 - cu ildə Biləsuvar rayonunda anadan olub. Türkiyə Respublikası, Ankara şəhəri Qazi Universitetinin İqtisadi və İdarəetmə elmləri fakültəsi, ardınca bu universitetin Dövlət İdarəçiliyi və Siyasi Elmlər üzrə magistr pilləsini fərqlənmə ilə başa vurub.
Murtaza müəllim qardaş ölkədə ixtisası üzrə Doktorantura proqramını da uğurla başa vurmuş və Qazi Universitetinin müəllimi olaraq çalışıb. O, pedoqoji fəaliyyətini 2010 - cu ildən vətəndə davam etdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ”Dövlət qulluğu və Kadr siyasəti” kafederasının “Dövlət idarəçiliyi” ixtisası üzrə tədrislə məşğuldur. 40 - a yaxın kitab və elmi məqalələrin müəllifidir.
Murtəza müəllimi yeni təyinat münasibətilə təbrik edir, fəaliyyətində daha parlaq uğurlar arzu edirik!