» » İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir


İki qardaş xalqın münasibətləri yüksək səviyyədədir

Qazaxstan prezidenti Tokayevin Azərbaycana səfəri çox böyük əhəmiyyət daşıyır. Bu səfər ölkələrimiz arasında yeni bir səhifənin, mərhələnin başlanğıcıdır. Azərbaycanla Qazaxıstanı ortaq köklər, tarixi köklər, ortaq mövqelər birləşdirir və iki dövlət daimi olaraq beynəlxalq təşkilatlarda bir-birlərinə dəstək verirlər. Tokayevin Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətın yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. Bilirik ki, münasibətlərin bu səviyyəyə çatmasında həm ölkə Prezidenti İlham Əliyevin, həm də Qazaxstan Prezidenti cəvab Tokayevin çox böyük xidmətləri vardır.         Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Qazaxıstan Prezidenti  həmin mərasimdə bir daha bildirdi ki,  dövlət başçısı İlham Əliyevi ölkəsində  görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Azərbaycanın dövlət rəhbəri haqqında Qazaxıstanın Prezidentinin söylədiyi xoş sözlər, dəyərli fikirlər göstərdi ki, həqiqətən də Azərbaycan Prezidenti bu gün dünyada sülhün, əminamanlığın bərqərar olmasında, eləcə də ölkələrarası münasibətlərin yaxşılaşdırılmasında fəal, mübariz, həm də uzaqgörən siyasi xadimdir. Həmçinin Qazaxstan prezidenti vurğuladı ki, o Azərbaycana xüsusi missiya ilə gəlib, münasibətlərin inkişafında strateji əlaqələrin müttəfiqlik səviyyəsinə çatdırılması istiqamətində hər iki tərəf çox böyük səylər göstərir. Həm də Azərbaycan Avropaya çıxış qapısı kimi dəyərləndirilir. Bu da ölkələrimiz üçün çox böyük əhəmiyyət daşıyır. Füzuli rayonunda xüsusi uşaq yaradıcılıq mərkəzinin tikintisinə başlanılması, bünövrəsinin qoyulması bir daha sübut etdi ki, iki qardaş ölkə bir-birinə dəstək verməkdə və bu dəstəyi genişləndirməkdədir. 
       Tokayevin Azərbaycana səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı..  Müzakirə olunan mövzuların mahiyyətinə, formasına, məzmununa əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.Belə hesab edirəm ki, razılaşmalar gələcəkdə Mərkəzi Asiyada Azərbaycanı təkcə siyasi deyil, eyni zamanda, iqtisadi gücünün və mövqelərinin möhkəmlənməyinə köməklik edəcək.


Səyyad Bağırov,
Cəlilabad şəhər 2 saylı tam orta məktəbin direktoru

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR