- 17 avqust, 10:35
- 363 dəfə oxunub
- 0
Yeni reallıqlar , irimiqyaslı layihələr
Prezident İlham Əliyev avqustun 12-də televiziyaya verdiyi müsahibədə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ermənilərin törətdikləri dağıntılar barədə də ətraflı məlumat verib, erməni vandalizminin iç üzünü bir daha nümayiş etdirib. O, azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verdi.
Dövlətimizin başçısı eyni zamanda, Azərbaycanın regionda yaratdığı yeni reallıqdan danışıb və əsas diqqəti bu reallığa yönəldib. Prezident qeyd edib ki, qarşıdakı illərdə də Qarabağda böyük iqtisadi layihələr həyata keçiriləcək. Bundan ötrü böyük şəhərlərin baş planları tərtib olunub, burada, əlbəttə, işğaldan əvvəlki dövrdə müqayisədə əhalinin artımı nəzərə alınmalıdır, buna uyğun tikinti-işləri aparılmalı, infrastruktur yaradılmalıdır. Bu məqsədlə vəsait ayrılıb, bütün güclər səfərbər edilib.
Bir vacib məsələyə də diqqət yetirmək gərəkdir ki, erməni qəsbkarları üzərindəki Qələbəmizdən, torpaqlarımız azad edildikdən sonra ölkəmiz daha cəlbedici investisiya məkanına çevrilik. Hər şeydən görünür ki, indi yerli sahibkarlarla yanaşı xarici investorlar da bu işə həvəs göstərirlər, daha çox sərmayə yatıracaqlar. Çünki onlar yaxşı başa düşürlər ki, hərbi əməliyyatların yenidən başlanması riski artıq yoxdur, Aydındır ki, irimiqyaslı layihələr milyardlarla dollar vəsait tələb edəcək, Nəzə alınsa ki, üç hava limanı tikilir, yüz kilometrlərlə dəmir yolu çəkiləcək, minlərlə kilometr yol, o cümlədən kəndarası asfalt yollar inşa olunacaq, elektrik enerjisi, su təsərrüfatları yaradılacaq, insanların doğma torpaqlara qayıtmalarından ötrü nə qədər inşaat işləri görüləcək, mənzərə aydın olar. Biz inanırıq ki, bu əzəmətli layhələr optimal müddətdə icra olunacaq. Döyüş meydanında nümayiş etdirilən birlik, göstərilən mətanət Qarabağ regionunun dirçəlişinə böyük inam yaradır.
Bəli, artıq dünya ictimaiyyəti şahiddir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoyub. Əminik ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşmiş xalqımız bütün çətiliklərə qalib gələcəkdir.
İslam İsgəndərov
Ehtiyatda olan zabit