- 30 sentyabr, 16:30
- 471 dəfə oxunub
- 0
Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub
Biləsuvar rayonunun Bəydili kəndində Vətən müharibəsi şəhidi Hikmət Bağırlının xatirəsinə tikilən bulağın açılışı olub.
"Bilesuvarinfo" xəbər verir ki, mərasimdə rayon rəsmiləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan danışıblar.
Qeyd edək ki, şəhid Hikmət Bağırlı 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Ölümündən sonra Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.